Müəllifin arxivləri: İsrafil Hüseynov

İsrafil Hüseynov haqqında

Hüseynov İsrafil Tərcümeyi halı Mən Hüseynov İsrafil Təhməz oğlu 24 dekabr 1950-ci ildə Azərbaycan SSR Masallı rayonunun Qızılavar kəndində anadan olmuşam. 1967-ci ildə orta məktəbi bitirdikdən sonra həmin il Azərbaycan Politexnik İnstitutuna daxil olub, 1973-ci ildə həmin institutun İnşaat fakültəsini bitirərək inşaat mühəndisi ixtisasına yiyələnmişəm. 1970-ci ildən istehsalatda fəhlə, mühəndis, baş mühəndis, daha sonralar isə 15 il ayrı-ayrı tikinti müəssələrinə rəhbərlik etmişəm. 1998-ci ildən 2001-ci ilədək Dövlət Əmlak Komitəsində baş mütəxəssis, 2001-ci ildən 2003-cü ilədək Respublika Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək müfəttişliyində baş müfəttiş vəzifəsində çalışmışam. Hal-hazırda “Viləşçay-inşaat” tikinti kompaniyasının prezidenti vəzifəsində çalışıram. Rəhbərlik etdiyim kompaniya əvvəllər Bakı şəhərində, hazırda isə Xırdalan şəhərində hündür mərtəbəli yaşayış evlərinin tikintisi ilə məşğul olmaqla, eyni zamanda bir sıra sosial obyektlərin tikintisində iştirak edirəm. Bütün bunlarla yanaşı ictimai əsaslarla 2004-cu ildən hal-hazıradək “WKC növləri üzrə Respublika Karate-do Federasiyasının Fəxri Prezidenti vəzifəsində çalışıram. İdmançılarımızın beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında komandaya rəhbərlik edərək dəfələrlə ayrı-ayrı ölkələrdə uğurlu döyüşlərin iştirakçısı olmuşam. İşlədiyim müddət ərzində hər il xarici ölkələrdə Braziliya, İspaniya, Odessa, Çexiya, Yaponiya və s. ölkələrdə komanda olaraq birinci yeri tutaraq respublikamızın bayrağını yüksəklərə qaldırmağa nail olmuşuq. Bu ənənə hər il davam edərək ölkəyə qızıl medalla qayıdan idmançılarımız tikinti kompaniyamız tərəfindən mükafatlandırılır, onların mənzil şəraitinin yaxşılaşdırılmasında lazımi köməklik göstərilir. Kompaniyamız bütün bunlarla yanaşı rayonlarda ayrı-ayrı imkansız ailələrə xeyriyyəçilik yardımları, şəhidlərimizin xatirəsinə abidənin inşası və digər maddi və mənəvi himayədarlıq fəaliyyəti göstərməkdədir. Doğulduğum Qızılavar kəndində küçələrin asfalt örtüyü ilə örtülməsi, kənddə artezian quyularının qazılması, kəndin işıqlandırılması və s işlərdə vaxtaşırı maddi köməklik göstərmişəm. Yaşadığım Xırdalan şəhərində məktəb və uşaq bağçalarının təmiri və digər işlərində lazımi köməklik göstərərək eyni zamanda 3 imkansız ailələrə vaxtaşırı maddi köməklik göstərməkdə davam edirəm. Bütün biznes fəaliyyətimdən başqa eyni zamanda uzun müddətdir bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olaraq keçirtdiyim hissləri, duyğularımı özüm üçün qələmə alıram (şer, qəzəl, publisistika və.s.). 5 övladım və 11 nəvəm hazırda mənimlə yanaşı yaşayırlar. Övladlarım ali təhsilli müxtəlif sahənin mütəxəssisləridir. “Viləşçay-inşaat” kompaniyasının prezidenti: İ.Hüseynov

Hüseynov İsrafil


Mən Hüseynov İsrafil Təhməz oğlu 24 dekabr 1950-ci ildə Azərbaycan SSR Masallı rayonunun Qızılavar kəndində anadan olmuşam.
1967-ci ildə orta məktəbi bitirdikdən sonra həmin il Azərbaycan Politexnik İnstitutuna daxil olub, 1973-ci ildə həmin institutun İnşaat fakültəsini bitirərək inşaat mühəndisi ixtisasına yiyələnmişəm.
1970-ci ildən istehsalatda fəhlə, mühəndis, baş mühəndis, daha sonralar isə 15 il ayrı-ayrı tikinti müəssələrinə rəhbərlik etmişəm.
1998-ci ildən 2001-ci ilədək Dövlət Əmlak Komitəsində baş mütəxəssis, 2001-ci ildən 2003-cü ilədək Respublika Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək müfəttişliyində baş müfəttiş vəzifəsində çalışmışam.
Hal-hazırda “Viləşçay-inşaat” tikinti kompaniyasının prezidenti vəzifəsində çalışıram. Rəhbərlik etdiyim kompaniya əvvəllər Bakı şəhərində, hazırda isə Xırdalan şəhərində hündür mərtəbəli yaşayış evlərinin tikintisi ilə məşğul olmaqla, eyni zamanda bir sıra sosial obyektlərin tikintisində iştirak edirəm.
Bütün bunlarla yanaşı ictimai əsaslarla 2004-cu ildən hal-hazıradək “WKC növləri üzrə Respublika Karate-do Federasiyasının Fəxri Prezidenti vəzifəsində çalışıram.
İdmançılarımızın beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında komandaya rəhbərlik edərək dəfələrlə ayrı-ayrı ölkələrdə uğurlu döyüşlərin iştirakçısı olmuşam. İşlədiyim müddət ərzində hər il xarici ölkələrdə Braziliya, İspaniya, Odessa, Çexiya, Yaponiya və s. ölkələrdə komanda olaraq birinci yeri tutaraq respublikamızın bayrağını yüksəklərə qaldırmağa nail olmuşuq. Bu ənənə hər il davam edərək ölkəyə qızıl medalla qayıdan idmançılarımız tikinti kompaniyamız tərəfindən mükafatlandırılır, onların mənzil şəraitinin yaxşılaşdırılmasında lazımi köməklik göstərilir.
Kompaniyamız bütün bunlarla yanaşı rayonlarda ayrı-ayrı imkansız ailələrə xeyriyyəçilik yardımları, şəhidlərimizin xatirəsinə abidənin inşası və digər maddi və mənəvi himayədarlıq fəaliyyəti göstərməkdədir. Doğulduğum Qızılavar kəndində küçələrin asfalt örtüyü ilə örtülməsi, kənddə artezian quyularının qazılması, kəndin işıqlandırılması və s işlərdə vaxtaşırı maddi köməklik göstərmişəm.
Yaşadığım Xırdalan şəhərində məktəb və uşaq bağçalarının təmiri və digər işlərində lazımi köməklik göstərərək eyni zamanda 3 imkansız ailələrə vaxtaşırı maddi köməklik göstərməkdə davam edirəm.
Bütün biznes fəaliyyətimdən başqa eyni zamanda uzun müddətdir bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olaraq keçirtdiyim hissləri, duyğularımı özüm üçün qələmə alıram (şer, qəzəl, publisistika və.s.). 5 övladım və 11 nəvəm hazırda mənimlə yanaşı yaşayırlar. Övladlarım ali təhsilli müxtəlif sahənin mütəxəssisləridir.

“Viləşçay-inşaat” kompaniyasının prezidenti:
İ.Hüseynov

Advertisements
Kateqoriyalar: Uncategorized | Bir şərh yazın

WordPress.com Bloqu. Mövzu: Adventure Journal tərəfindən Contexture International.